50 yaşa qədər şəxsi evin olmasa… – Alimlərdən İLGİNC ARAŞDIMA

141

Uzun ömür yaşamaq üçün bir neçə şərtə əməl edilməlidir. İsveçin Höteborq universitetinin alimləri araşdırma aparıblar.

Araşdırmaların nǝticǝlǝrinǝ ǝsasǝn insanlar qamətlərini düzgün saxlamalı, siqaret çəkməməli və 50 yaşadək mənzil sahibi olmalıdırlar.

Tədqiqatçıların keçirdiyi 55 illik irimiqyaslı axtarışlarda 1913-cü il təvəllüdlü 855 nəfər İsveç vətəndaşı iştirak edib. Alimlər 55 il ərzində bu insanların yaşayış tərzi və səhhətləri ilə bağlı müşahidələr aparıblar.

Doktor Lars Vilqelmsen iştirakçilardan yalniz 10-unun 100 il yaşaya bildiyini deyib. O, bu insanların həyat tərzində oxşarlıqların olduğunu vurğulayıb. Bildirilib ki, onlardan heç biri siqaret çəkməyib, düzgün qamətə malik olublar və ən əsası isǝ şəxsi evləri var. Bu uzunömürlü insanlar idmanla da mütəmadi məşğul olublar.

Ömürlərinin 55 ilini tədqiqata həsr etmiş alimlər bir faktı qeyd ediblər. 80 il yaşayan insanların 42 faizi ürək xəstəliyindən, 20 faizi infeksiyalardan, 6 faizi isə ağ ciyər iltihabından ölüblər. Ümumilikdə bu insanların 27 faizi 80 il, 12 faizi isə 90 il yaşaya biliblər. \\Publika.az