Erməni politoloq Qagik Hambaryan Ermənistanda iqtisadi fəlakət yaşandığını bildirib.
Onun sözlərinə görə, baş nazir Nikol Paşinyan xalqın başının altına yastıq qoymaqla məşğuldur.
“Dövlət Gəlirləri Komitəsinin məlumatına görə, 2020-ci ildə Ermənistanda 22.154 müəssisə bağlanıb. Bu da 2019-cu illə müqayisədə 52% çoxdur. Baş nazir kreslosuna yapışıb qalmış şəxs bu fəlakətli məlumatları bilə-bilə bir neçə gün əvvəl “qızıl dağlar” vəd etdi. Bir daha cəmiyyətə yalan danışdı”,- deyə erməni politoloq vurğulayıb. (Azvizion)