200 min tonluq fəlakət! “Ever Given” böyük böhrana səbəb ola bilər

501

Hurriyyet.org xəbər verir ki, Süveyş kanalında saya oturan “Ever Given” gəmisi böyük bir iqtisadi böhrana səbəb ola bilər. Çərşənbə axşamı günü Süveyş kanalında qəza edərək saya oturan gəmini hələ də yerindən tərpətmək mümkün olmayıb. Bu gözlənilməz hadisənin böyük fəsadları ola bilər.

200 min ton ağırlığa, 400 metr uzunluğa, 53 metr enə malik yük gəmisi Süveyş kanalını tutmaqla dünya ticarətini iflic vəziyyətə salıb. Kanalın qapalı qaldığı hər gün ərzaq, yanacaq, ticarət məhsulları, hətta peyvəndlərin tədarükündə fəlakətli gecikmələrin sayının daha da artması deməkdir.