11 AYIN SULTANI – RAMAZAN!

57

Ramazan – Hicri təqviminin 9-cu ayı. İslam dininin etiqadına görə, Məhəmməd Peyğəmbərə Quran ayələrinin enməyə, eyni zamanda müsəlmanların oruc tutumağa başladığı aydır. Bu ayda oruc tutmaq İslamın beş şərtindən biridir…

Ramazan ayında səmanın qapıları açıq olur, yəni digər aylarla müqayisədə bu ayda insanların Allaha qəlbən yaxınlaşması daha asandır. Rəvayətlərdə yazılıb ki, Ramazan ayında Behiştin qapıları açıq olur, yəni orucluğun bərəkəti, bu ayda diqqətini Allaha yönəldib Rəbbi qarşısında itaətkarcasına təslim olmaq sayəsində insanın xeyir işlər görməsi üçün gözəl fürsət və mənəvi güc yaranır.

11-ci günün duası

Oxunuşu: Əllahummə həbbib iləyyə fihil-ihsan və kərrih iləyyə fihil-fusuqə vəl-isyan və hərrim ələyyə fihis-səxətə vən-niran biəunikə ya ğiyasəl-mustəğisin!

Tərcümə: Allahım, ehsan və yaxşılıq etməyi bu ayda mənə sevdir, məndə əyrilik və itaətsizliklərə qarşı ikrah yarat, qəzəb və alovlanan odu mənə haram et, yardım etməyinə xatir, ey kömək istəyənlərin dadına çatan!

 

12-ci günün duası

Oxunuşu: Əllahummə zəyyinni fihi bis-sətri vəl-ifaf vəsturni fihi bilibasil-qunui vəl-kəfafi vəhmilni fihi ələl-ədli vəl-insafi və əminni fihi min kulli ma əxaf biismətikə ya ismətəl-xaifin!

Tərcümə: Allahım, məni bu ayda eybləri örtmək və hər cür pis işlərdən çəkinməklə zinətləndir, məni ehtiyac miqdarına qane olmaq və kifayətlənmək libasına bürü, ədalət və insafa vadar et, məni qorxduğum hər bir şeydən qoru və amanda saxla, qorumağına xatir ey qorxanları qoruyan!

13-cü günün duası

Oxunuşu: Əllahummə təhhirni fihi minəd-dənəsi vəl əqzar,və səbbirni fihi əla kainatil-əqdar və vəffiqni fihi littuqa və sohbətil-əbrar biəunikə ya qurrətə əynil-məsakin!

Tərcümə: Allahım, məni bu ayda çirkinlik və murdarlıqdan paklaşdır, məni Sənin təqdirlərinin olmalılarına səbirli et, məni pəhrizkar olmağa və yaxşı insanlarla yoldaşlıq etməyə nail et köməyinə xatir ey aciz qalmışların yeganə ümid yeri!

14-cü günün duası

Oxunuşu: Əllahummə la tuaxizni fihi bil-əsərat və əqlini fihi minəl-xətaya vəl həfəvat və la təc’əlni fihi ğərəzən libəlaya vəl-afat biizzətikə ya izzəl- muslimin!

Tərcümə: Allahım, məni bu ayda xəta və büdrəmələrimə görə cəzalandırma, məni bu ayda səhv və günaha düşməkdən uzaq et, məni bəla və müsibətlərə hədəf etmə izzətinə xatir ey müsəlmanların izzəti!

15-ci günün duası

Oxunuşu: Əllahummərzuqni fihi taətəl-xaşiin vəşrəh fihi sədri biinabətil-muxbitin biəmanikə ya əmanəl xaifin!

Tərcümə: Allahım, bu ayda mənə özlərini Sənin qarşında kiçildən müti insanların itaətini nəsib et, qəlbimi tövbə etmək üçün Sənin qarşında itaətkar və təvazökar olanların tövbələrində olduğu kimi aç, pənah verməyinə xatir, ey qorxanların sığınacağı!

16-cı günün duası

Oxunuşu: Əllahummə vəffiqni fihi limuvafəqətil-əbrar və cənnibni fihi murafəqətəl-əşrar və əvini fihi birəhmətikə ila daril-qərar biilahiyyətikə ya ilahəl-aləmin!

Tərcümə: Allahım, mənə bu ayda yaxşı əməl sahibləri ilə yoldaşlıq etməyə müvəffəq et və pis əməl sahibləri ilə oturub durmaqdan uzaq et, rəhmətinə xatir məni rahatlıq evində yerləşdir, Allahlığına xatir ey aləmlərin Allahı!

17-ci günün duası

Oxunuşu: Əllahumməhdini fihi lisalihil-ə’mali vəqzi li fihil-həvaicə vəl-amal ya mən la yəhtacu ilət-təfsiri vəs-suali ya alimən bima fi suduril-aləmin səlli əla Muhəmmədin və alihit-tahirin!

Tərcümə: Allahım, məni bu ayda gözəl əməllərə yönəlt, istək və arzularımı rəva qıl ey barəsində açıqların qəlblərində olanı bilən Məhəmmədə və onun pak əhli-beytinə salavat və salam yetir!

18-ci günün duası

Oxunuşu: Əllahummə nəbbihni fihi libərəkati əsharih və nəvvir fihi qəlbi biziyai ənvarih və xuz bikulli ə’zai ilət-tibai asarih binurikə ya munəvvirə qulubil-arifin!

Tərcümə: Allahım, məni bu ayda onun səhərlərinin bərəkətindən agah et, qəlbimi onun nurlarının işığı ilə nurlandır, bütün bədən üzvlərimi onun izlərinə tabe olmağa yönəlt, nuruna xatir ey ariflərin qəlblərini nurlandıran!

19-cu günün duası

Oxunuşu: Əllahummə vəffir fihi həzzi min bərəkatihi və səhhil ila xəyratihi və la təhrimni qəbulə həsənatihi ya hadiyən iləl-həqqil-mubin!

Tərcümə: Allahım, bu ayda mənim onun bərəkətlərindən payımı firavan et və yolumu onun yaxşılıqlarına tərəf asanlaşdır, məni onun qəbul olunmuş yaxşılıqlarından məhrum etmə, ey aşkar haqqa hidayət edən!

20-ci günün duası

Oxunuşu: Əllahumməftəh fihi əbvadəl-cinani və əğliq ənni fihi əbvabən-niran və vəffiqni fihi litilavətil-Quran ya munziləs-səkinəti fi qulubil-mu’minin!

Tərcümə: Allahım, bu ayda cənnətin qapılarını mənim üzümə aç və cəhənnəmin qapılarını üzümə bağla, məni bu ayda Quran oxumağa müvəffəq et, ey möminlərin qəlblərinə rahatlıq nazil edən!

21-ci günün duası

Oxunuşu: Əllahummə’əl li fihi ila mərzatikə dəlilən və la təc’əl liş-şəytani fihi ələyyə sabilən vəc’əlil-cənnətə li mənzilən və məqilən ya qaziyə həvaicit-talibin!

Tərcümə: Allahım, mənə bu ayda razılığına doğru dəlil ver, şeytanın mənə tərəf gəlməsinə bir yol qoyma, cənnəti mənim mənzil və asayiş yerim et, ey istəyənlərin hacətini rəva edən!

22-ci günün duası

Oxunuşu: Əllahumməftəh li fihi əbvabə fəzlikə və ənzil ələyyə fihi bərəkatikə və vəffiqni fihi limucibati mərzatikə və əskinni fihi buhbuhati cənnatikə ya mucibə də’vətil-muztərrin!

Tərcümə: Allahım, bu ayda fəzl və lütf qapılarını mənim üzümə aç, bərəkətini mənə nazil et, razılığına səbəb olan şeyləri əldə etməyimə kömək ol, məni cənnətlərində yerləşdir, ey sıxıntıda olanların duasını qəbul edən!

23-cü günün duası

Oxunuşu: Əllahumməğsilni fihi minəz- zunub və təhhirni fihi minəl-uyub vəmtəhin qəlbi fihi bitəqvəl-qulub ya muqilə əsəratil-muznibin!

Tərcümə: Allahım, məni bu ayda günahlardan yu, eyblərdən təmizlə və qəlbimi qəlblərin pəhrizkarlığı ilə imtahan et, ey günah əhlinin büdrəmələrinə göz yuman!

24-cü günün duası

Oxunuşu: Əllahummə əs’əlukə fihi ma yurzikə və əuzu bikə mimma yu’zikə və əs’əlukət-tofiqə fihi li ən utiəkə və la ə’siyəkə ya cəvadəs-sailin!

Tərcümə: Allahım, bu ayda mənim Sənə Səndən Səni razı salan şeyi istəyirəm, Səni narazı edən şeydən sənə pənah gətirirəm, bu ayda Səndən mənim sənə itaət etməyimə və Sənə qarşı çıxmamağıma kömək göstərməyini diləyirəm, ey möhtaclara əta edən!

25-ci günün duası

Oxunuşu: Əllaumməc’əlni fihi muhibbən liəvliyaikə və muadiyən liə’daikə mustənnən bisunnəti xatəmi ənbiyaikə ya asimə qulubin-nəbiyyin!

Tərcümə: Allahım, məni bu ayda Sənin övliyalarını sevən və Sənin düşmənlərinin düşməni et və peyğəmbərlərinin sonuncusunun yol və sünnəsi ilə zinətləndir, ey peyğəmbərlərin qəlblərini qoruyan!

26-cı günün duası

Oxunuşu: Əllahumməc’əl sə’yi fihi məşkurən və zənbi fihi məğfurən və əməli fihi məqbulən və əybi fihi məsturən ya əsməəs-samiin!

Tərcümə: Allahım, mənim bu aydakı səyimi qiymətləndirilmiş, günahımı bağışlanmış, əməlimi qəbul edilmiş və eyblərimi örtülmüş et, ey eşidənlərin ən eşidəni!

27-ci günün duası

Oxunuşu: Əllahummərzuqni fihi fəzlə ləylətil-qədr və səyyir umuri fihi minəl-usri iləl-yusr vəqbəl məaziri və huttə ənniz-zənbə vəlvizr ya raufən biibadihis-salihin!

Tərcümə: Allahım, bu ayda Qədr gecəsinin fəzilətini mənə nəsib et, işlərimi çətinlikdən asanlığa apar, üzrlərimi qəbul et və boynumdan ağır yükü və günahı tök, ey saleh bəndələrinə mehriban olan!

28-ci günün duası

Oxunuşu: Əllahummə vəffir həzzi fihi minən-nəvafil və əkrimni fihi biihzaril-məsail və qərrib fihi vəsiləti iləykə min bəynil vəsail ya mən la yəşğəluhu ilhahul-mulihhin!

Tərcümə: Allahım, bu ayda mənim müstəhəb əməllərimdən olan payımı çoxalt, məni istəkləri gerçəkləşdirməklə əzizlə,vasitələr içərisində Sənə tərəf olan vasitəmi yaxınlaşdır, ey o kəs ki, israr edənlərin israrı Onu digərlərinə nəzər yetirməkdən saxlamır!

29-cu günün duası

Oxunuşu: Əllahummə ğəşşini fihi bir-rəhmə vərzuqni fihit-tofiqə vəl-ismətə və təhhir qəlbi min ğəyahibit-tohmə ya rəhimən biibadihil-möminin!

Tərcümə: Allahım, məni bu ayda rəhmətinə bürü, mənə müvəffəqiyyət və özünü günahdan qorumaq xisləti ver, qəlbimi töhmət zülümlərindən təmizlə, ey mömin bəndələrinə rəhmli olan!

30-cu günün duası

Oxunuşu: Əllahumməc’əl siyami fihi biş-şukri vəl-qəbul əla ma tərzahu və yərzahur-rəsul muhkəmətən furu’uhi bil-usul bihəqqi səyyidina Muhəmmədin və alihit-tahirinə vəlhəmdu lillahi Rəbbil-aləmin!

Tərcümə: Allahım, mənim bu aydakı orucumu ayinlər üzərində möhkəmlənmiş halda, Sənin bəyəndiyin və Peyğəmbərin razı olduğu bir oruc kimi dəyərləndir və qəbul et, ağamız Məhəmmədə və onun pak əhli-beytinə xatir. Aləmlərin Rəbbi Allaha həmd olsun!

(Ardı var)

Hazırladı: İ.SABİRQIZI