​Türkiyə ilə birgə hərbi ittifaq Qarabağda Rusiyanın hərəkətliliyini neytrallaşdıracaq Politoloq

372

Azərbaycanın qələbəsi və Ermənistanın məğlubiyyətini rəsmiləşdirən 10 noyabr Bəyannaməsinə əsasən Dağlıq Qarabağın ermənilər yaşayan ərazilərində sülhməramlı missiya yerinə yetirməli olan Rusiyanın hərbi qüvvələri üç ay ərzində öz mandatından kənar fəaliyyətlə məşğuldur. Bəli, mandatından kənar dedikdə, sülhməramlı qüvvələrin beynəlxlaq mandatı yoxdur, bu gün sülhməramlı kimi deyil, real Rusiyanın peşəkar döyüşüçülərindən ibarət bir hərbi birləşməsi kimi fəaliyyət göstərirlər.

Bu sözləri politoloq Məhəmməd Əsadullazadə deyib. O bildirib ki, sülhməramlılar separatizmi müdafiə edərək, 10 gündən bir hərbi təlimlər keçirirlər:

“Artıq Rusiya sülhməramlı qüvvələri Ağdərdə kiçik və iri çaplı minatanalardan istifadə edərək təlimlər keçirir. Sülhməramlı qüvvələrin belə bir ağır silahlardan istifadə etməsi qadağandır və razılaşmada onların bu ağır silahlardan istifadə edilməməsi təsbit edilib. Amma porses göstərir ki, onların fəaliyyəti yalnız öz hərbi imkanlarını inkişaf etdirmək, sülhü və təhlükəsizliyi deyil, döyüş aktivliyini qoruyub saxlamaqdır.

Sual olunur, Rusiya sülhməramlı qüvvələrinin mainaatanlardan istifadə etməsi sonradan razılaşmaya salınıb? Əgər belə razılaşma yoxdursa, rəsmi Bakı və Ankara ciddi şəkildə Rusiyaya etiraz etməli və belə ağır silahların istifadəsini qadağan etməlidir. Kiçik bir ərazidə heç bir təhdidin olmaması müqabilində sülhməramli qüvvələrinin minaatanlardan istifadə etməsi qəbuledilməzdir.

Bu baxımdan, bunun qarşısı alınmalı və Rusiya sülhməramlı qüvvələrinin fəaliyyəti nizamnamə ilə tənzimlənməlidir. Rusiya sülhməramlı qüvvələrinin məsuliyyət zonasında Rusiya istədiyi hərbi hərəkətlilik ermənilərin güclənməsinə və azərbaycanlıların bu bölgəyə qayıtmamasına hesablanıb. Məhz Rusiya prezidenti V.Putin Rusiyanın Qarabağ məsələsində mövqeyinin möhkəmlənməsindən fəxr etdiyini qeyd edir. Amma, bu müvəqqətidir. Azərbaycan və Türkiyə birgə hərbi ittifaqı Qarabağda Rusiyanın bu hərəkətliliyini neytrallaşdıracaq”. \\Azadinfo.az