Əsəd namizədliyini rəsmən irəli sürdü

51

Suriya Prezidenti Bəşər Əsəd Ali Məhkəməyə seçkidə namizəd kimi qeydə alınması üçün müraciət edib.

Axar.az xəbər verir ki, bu məlumatı SANA agentliyi yayıb.

Qeyd edək ki, Suriyada prezident seçkisinə namizədlərin müəyyənləşdirilməsinə bir müddət öncə izn verilib.

Ölkədə prezident seçkisinin 26 mayda keçirilməsi nəzərdə tutulur.