Ərdoğanın “Dünya 5-dən böyükdür” açıqlaması reallaşır – ABŞ və Qərb TƏŞVİŞDƏ

255

Bu gün Türkiyənin nəinki regionda, həmçinin bütün dünyada əsas güc mərkəzinə çevrilməsi bəzi Qərb ölkələrini və Amerika Birləşmiş Ştatlarını narahat edir. ABŞ prezidenti Co Baydenin “Erməni soyqırımı” ifadəsini işlətməsi bu narahatlığın bariz nümunəsidir. Lakin Türkiyənin müstəqil siyasətinə, geosiyasi uğurlarına zərbə vurmaq məqsədi daşıyan bu cür cəhdlərin heç bir səmərə verməyəcəyi, rəsmi Ankaranı təzyiqlərlə “sındırmağın” mümkün olmayacağı bütün dünyaya məlumdur. Üstəlik Azərbaycanın da Türkiyənin yanında olduğu və bütün vasitələrdən istifadə edərək qardaş ölkəni müdafiə edəcəyi Qərbin mənfur planlarının heç vaxt reallaşmayacağını deməyə əsas verir.

Hurriyyet.org xəbər verir ki, mövzunu Konkret.az-a şərh edən Beynəlxalq məsələlər üzrə şərhçi Əziz Əlibəyli bildirib ki, Rəcəb Tayyib Ərdoğanın “Dünya 5-dən böyükdür” açıqlaması boş iddia yox, Türkiyənin artan geostrateji maraqları idi: “Həmin o maraqların qarşısını almaq üçün dünyanın bir çox ölkələri, o cümlədən BMT Təhlükəsizlik Şurasının üzvləri, hətta köhnə müttəfiqi ABŞ və ümumiyyətlə Avroatlantik məkanı tərəfindən Türkiyəyə qarşı təzyiqlər başlayıb. Türkiyənin geosiyasi uğurlarına zərbə vurmaq üçün, istifadə olunan vasitələrdən biri də qondarma “erməni soyqırımı”dır. Amma nəzərə alaq ki, bu qondarma soyqırım ümumiyyətlə baş verməyib. Türkiyə tərəfi də açıqlamanı bu cür verdi ki, məsələni araşdırmaq siyasətçilərin yox, tarixçilərin işidir. Türkiyə həm də arxivlərinin dünyanın üzünə açıq olduğunu bəyan etdi. Amma məlum oldu ki, ABŞ və Qərb dairələri dəyərlərə tüpürərək, belə iddialarla oynamağa başlayıblar. Məqsəd isə Türkiyənin qarşısını almaqdır. Çünki Türkiyə artıq regional gücdən, qlobal gücə çevrilib. Həm Aralıq dənizindəki qlobal siyasi oyunlarda, həm Afrikanın şimalında, həm Asiyada, həm Yaxın Şərqdə və Qarabağda, o cümlədən Ukraynadakı proseslərdə güclü bir Türkiyənin əlini görmək mümkündür. Ona görə də, artıq ABŞ tərəfindən səsləndirilən fikirləri, Qərb dövlətləri də dəstəkləyir”.

Əziz Əlibəyli Sosial Tədqiqatlar Mərkəzinə (STM) yeni mətbuat xidməti təyin  edilib » AFN.az - Xəbər Portalı

Əziz Əlibəyli əlavə edib ki, Türkiyənin qlobal və regional maraqları birbaşa Azərbaycanın güclü olmasını ehtiva edir: “Bu baxımdan biz hər zaman Türkiyənin yanındayıq və onun müdafiəsində dayanacağımızı da Prezident səviyyəsində bəyan etmişik. Bizim strateji və milli maraqlarımız onu diktə edir ki, Türkiyə nə qədər güclüdürsə, Azərbaycan da bir o qədər qüvvətlidir”.