Ərdoğan yeni hərbi müəssisənin AÇILIŞINI ETDİ

111

Dünyada hərbi məhsulların texnologiyaları sürətlə dəyişir. Artıq təyyarə bombalarımız, döyüş sursatlarımız, raketlərimiz və döyüş başlıqları, partlayıcı maddələrə görə heç kimdən asılı olmayacağıq.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan MKEK (Makina və Kimya Sənayesi İstehsalat Birliyi) Barıtsan Raket və Partlayıcı Fabrikində qurulan Energetika məhsulları İstehsalat Mərkəzinin açılış mərasimindəki çıxışında deyib.

Son illər Türkiyədə istehsal sahəsində böyük uğurlar qazanıldığını diqqətə çatdıran dövlət başçısı əminliklə bildirib ki, açılışı keçirilən bu təsis sayəsində Türkiyə yeni nəsil partlayıcı maddələr istehsal etmə qabiliyyəti ilə super liqaya çatacaq. Xaricdən gətirilən modul barıt sistemi bundan sonra artıq tamamilə yerli vasitələrlə istehsal ediləcək. \\Virtualaz.org