Ərdoğan: “Qarabağ müharibəsi ilə pandemiya türk dünyasının birliyinin əhəmiyyətini göstərdi”

498

Hurriyyet.org xəbər verir ki, Türkiyə Prezidenti R.T.Ərdoğan Qarabağdakı Vətən müharibəsinin və pandemiyanın türk dünyasının birliyinin nə qədər əhəmiyyətli olduğunu göstərdiyini söyləyib.

“Pandemiya dövründə türk dünyası ölkələrində koronavirusdan vəfat edənlərin sayı çox olub, onların arasında döstlarımız az deyil. Həmin aylarda biz Dağlıq Qarabağın 30 illi işğaldan azad edildiyi sevincini yaşadıq”.

“Dağlıq Qarabağdakı müharibə və koronavirus pandemiyası türk dünyasının birliyi, həmrəyliyi və mütəşəkkilliyinin əhəmiyyətini növbəti dəfə isbat elədi. Bu birlik özünü səhiyyə, kənd təsərrüfatı, energetika sahələrində göstərdi. Son proseslər bir daha isbat elədi ki, biz vahid din, tarix və mədəniyyətin birləşdirdiyi 300 milyon nəfərlik ailənin üzvüyük. Həmin ailənin üzvü qismində biz bu bağları və əməkdaşlığı möhkəmləndirməliyik”.