ƏRDOĞAN PUTİNİ NECƏ DAYANDIRDI? – “Türkiyənin uğurunun bir sirri var idi”

174

İspaniyanın “El Peridoico” qəzeti Türkiyənin bölgədə qazandığı nüfuzdan, Rusiyaya qarşı uğurlu həmlələrindən bəhs edən məqalə yayımlayıb.

Müəllifə görə, Türkiyənin pilotsuz uçuş aparatlarının rus müdafiə sistemlərinə qarşı əməliyyatları Rusiyanın mövqeyini dəyişməsində əsas rol oynayıb“Türk qüvvələri Əsəd rejiminin hücumlarını bir neçə gün ərzində tamamilə dayandırdı. Rus müdafiə sistemləri və çox sayda texnika məhv edildi. Türkiyənin uğurunun bir sirri var idi. Müharibənin açarı olan pilotsuz uçuş aparatlarının imkanlarından uğurlu şəkildə istifadə edildi. Türk İHA-larının vəziyyəti dəyişdiyi digər bölgə Qarabağdır. Azərbaycan əsgərlərinin Türk İHA-larına etimadı çox idi. Liviyada Rusiyanın dəstək verdiyi Xəlifə Haftar Türkiyə qarşısında məğlub olduğu üçün sülh müqaviləsi imzalamaq məcburiyyətində qaldı ”.

Müəllifə görə, pilotsuz uçuş aparatlarına sahib olmaq üstünlük olsa da, əsas məsələ ondan səmərəli istifadə etməkdir. Türklər məhz bunu bacardı. Məqalədə qeyd edilir ki, Ukrayna da eyni üsuldan istifadə edərək, Rusiyanı məğlub etməyi planlaşdırır. Prezident Vladimir Zelenskinin Ankaraya səfəri məhz bununla bağlı idi.//Metbuat.az