Ərdoğan Merkellə danışdı: Liviya, Əfqanıstan və Afina…

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Almaniya kansleri Angela Merkel arasında video-konfrans formatında görüş keçirilib.

Bu barədə Türkiyənin Prezident Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsindən məlumat verilib.

Türkiyə-Avropa Birliyi münasibətlərindəki yüksəlişin davam etməsinin lazım olduğunu deyən Ərdoğan Yunanıstanın təxribat xarakterli hərəkətlərini davam etdirdiyini, Türkiyənin isə bütün bunlara sakit mövqe sərgilədiyini bildirib.


Liderlər Əfqanıstan və Liviya məsələsini də müzakirə ediblər, bu çərçivədə işbirliyi etməyə hazır olduqlarını vurğulayıblar. \\Axar