Ərdoğan Azərbaycanla energetika və mədənçilik haqqında Sazişi təsdiqləyib

132

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında energetika və mədənçilik sahələrində əməkdaşlıq haqqında Saziş”i təsdiqləyib.

Musavat.com xəbər verir ki, dövlət başçısı bununla bağlı müvafiq qanunu imzalayıb.

Qanun imzalandığı gündən qüvvəyə minir.

Qeyd edək ki, sənəd Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov və Türkiyə Respublikasının energetika və təbii sərvətlər naziri Fatih Dönmez imzalayıb.