Ər-Riyada edilən raket hücumuna Ankaradan – Reaksiya

693

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad son üç gündə ikinci dəfə raket hücumlarının hədəfi olub.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi açıqlama yayıb.

“Mülki yaşayış məntəqələrini hədəf alan hücumun qarşısı hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib. Bu hücumları qətiyyətlə pisləyirik. Qardaş Səudiyyə Ərəbistanına keçmiş olsun diləklərimizi çatdırırıq”, – XİN bildirib.

Qeyd edək ki, son 3 gün ərzində Ər-Riyada iki dəfə raket hücumu edilib. Hücumun Yəməndəki husilər tərəfindən edildiyi ehtimal olunur. \\Axar