Ərəb koalisiyası husilərin dronunu MƏHV EDİB

141

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyanın hava hücumundan müdafiə sistemləri pilotsuz uçuş aparatını ələ keçirərək məhv edib.

Trend-in “Sky News Arabiya” telekanalına istinadən verdiyi məlumata görə, PUA Yəmənin “Ənsar Allah” hərəkatının üsyançılarına (husilər) məxsus olub.

Bildirilir ki, PUA Səudiyyə Ərəbistanının Hamis-Muşayt şəhəri istiqamətində buraxılıb. İnsident nəticəsində xəsarət alan olmayıb.