“Əlvida, “Miatsum”” – ermənilər 33 il sonra Qarabağ xülyası ilə VİDALAŞIR

219

1988-ci il fevralın 13-ü Dağlıq Qarabağda separatçı hərəkatın açıq mərhələyə keçdiyi gün kimi tanınır. Məhz həmin gün Azərbaycanın Xankəndi şəhərində Dağlıq Qarabağ Muxtar Vilayətinin erməni sakinləri o zamankı Lenin meydanına çıxaraq bölgənin Ermənistan SSR ilə birləşdirilməsini tələb etdi.

 

Belə mitinqlər tez bir zamanda Xankəndi ilə yanaşı, Qarabağın digər şəhər və rayonlarında və  Ermənistanda kerçirilməyə başladı. Zori Balayan, Silva Kaputikyan kimi radikal millətçilərin körüklədiyi, Sovet İttifaqının rəhbər orqanlarının göz yumduğu, bəzi hallarda isə qızışdırdığı separatçı hərəkat erməni cəmiyyətini rasionallıqdan uzaq salaraq, “Miatsum” xülyasının ardınca apardı.

 

Sonralar Ermənistan prezidenti Levon Ter-Petrisyanın müşaviri və Qarabağ danışıqlarında (1991-1997) səahiyyətli nümayəndəsi olan Jirayr Liparityan erməni cəmiyyətinin istəkləri ilə reallığı seçə bilməməsini kollektiv problem sayıb.

 

“İnsanlar öz istəkləri ilə onlara təqdim olunan şərtləri səhv salırlar. Heç kim bizə heç nə verməli deyil. Hər müharibədə qalib gələcəyimizi düşünmək isə reallıqla deyil, miflərlə yaşamaqdır. Biz reallığı qəbul etməməyi, yalançı xülyalarla yaşamaq metodlarını dəstəkləyirik. Biz bunu peşəkar səviyyədə sənətə çevirmişik. Bizim xalq olaraq həyatdakı strategiyamız – xəyal qurmaqdır. Amma xəyal qurmaq strategiya deyil”.

Qarabağdakı separatçı hərəkat da məhz uzun əsrlər boyu cəmiyyətin öncülləri, ziyalılar və ictimai fuqurlar tərəfindən insanların beyninə yeridilən “dənizdən dənizə Böyük Ermənistan” ideyasından doğan zərərli bir element idi .

Amma 1-ci Qarabağ Müharibəsində (1991-1994) əldə edilən müvəqqəti qələbə Ermənistana və erməni xalqına gözlədiyi xoşbəxtliyi gətirmədi. Əksinə, işğalçı müharibəyə görə, Ermənistan iqtisadi blokadaya düşdü, suverenliyinin bir hissəsini faktiki vassal vəziyyətində olduğu Rusiyaya verməli oldu və bütövlükdə, regional dalana çevirdi.

 

Azərbaycan və Türkiyə ilə bağlı sərhədlər ölkə iqtisadiyyatını “tormozlayan” əsas faktora çevrilsə də, Dağlıq Qarabağ və ətraf 7 rayonu işğal altında saxlamaq ambisiyası Ermənistan rəhbərliyinin real vəziyyəti qiymətləndirməsinə, sağlam düşüncə ilə hərəkət etməsinə mane oldu. Məhz bu faktorlar 30 illik işğal dövründə erməni cəmiyyətinin Qarabağ münaqişəsinə baxış bucağını dəyişdirməyə başladı.

Qarabağda mövcud olmuş qondarma rejimin bir zmaanlar rəhbəri olmuş Bako Saakyanın dediyi kimi “biz 30 il ərzində Qarabağın sərhədində duran hərbçinin Ermənistanın da təhlükəsizliyini təmin etdiyinə insasnları inandıra bilmədik”-deyə Qarabağ və Ermənistan erməniləri arasında mövcud olan kəskin mental uçurumdan gileylənmişdi.

 

Millətçi ideologiyanın zərərlərini anlayan erməni cəmiyyəti 1980-ci illərin sonlarında Qarabağ məsələsi ilə bağlı ümumilli konsensusdan kənarlaşaraq, bu münaqişənin Ermənistanın gələcək inkişafı üçün yük olduğunu anlamağa başladılar.

2020-ci ilin 44 gün çəkən Vətən Müharibəsi bu ehtimalın doğruluğunu sübut etdi. Müharibə həm də Ermənistan cəmiyyətinin müharibədən qorxduğunu göstərdi. Bunu sübut edən xeyli faktorlar var.

 

Ermənistan baş naziri Nikol Paşinyan fevralın 10-da parlamentdə çıxışı zamanı 10 min fərarinin olduğunu etiraf etmişdi. “Joğovurd” qəzeti faktla bağlı prokurorluq orqanlarının həddən artıq yükləndiyini və fərarilik halları ilə bağlı açılan cinayət işlərini necə sonlandıracaqlarını düşündüklərini yazır.

 

Ermənistanın sabiq hərbi komissarı, general-mayor Levon Stepanyan 1990-cı illərlə müqayisədə 2020-ci ildə fərarilik hallarının sayının kəskin artdığını, erməni gənclərinin Qarabağ uğrunda ölmək istəmədiklərini etiraf edib.

“1990-cı illərdə mən hərbi komissar olanda səngərdən qaçanları sərt cəzalandırırdılar. İndisə erməni gənclər rüşvət verməklə, yüksək vəzifələrdəki qohumlarından istifadə etməklə ordudan yayınırlar”.

 

Qarabağ uğrunda ölmək perspektivi erməni gəncləri ilə yanaşı, əsgər valideynləri, Ermənistan vətəndaşları arasında da anlayışla qarşılanmır.

Noyabrın 10-da imzalanmış üçtərəfli razılaşmadan dərhalı sonra Yerevan, Gümrü, Vanadzor və s. iri şəhərlərdə aksiya keçirən əsgər yaxınları övladlarının hərbi xidmətlərinin qalan hissəsini Ermənistanda keçirməsini tələb edir, işğalçı ordusunun ermənistanlı çağırışçılardan komplektlənmiş hərbi birləşmələrinin qalıqlarının Qarabağdan çıxarılmasını tələb edirdilər.

“Əgər əraziləri azad ediləcəksə, onda bu qədər uşaqları ölümə göndərməyə nə ehtiyac var idi? Əvvəldən Azərbaycanın şərtlərini qəbul edərdik”-deyə oğlu müharibədə ölən, Yerevan sakini Arpine Qukasyan açıqlama verib. Onun bu fikri ilə əksər əsgər valideynləri də razıdır.

Ermənidtan rəsmiləri Azərbaycandan fərqli olaraq, Qarabağda verdiyi itkilərin rəsmi sayını açıqlamayıb. Amma istər hərbi dairələr, istərsə də ölkə müxalifəti 44 günlük döyüşlər zamanı 6 min hərbçinin öldüyünü, 10 mindən çoxunun isə yaralandığını bildirir.

 

Real əhali sayı 2 milyon civarında olan Ermənistan üçün verilən itkilərin sayı çox yüksəkdir və cəmiyyətdə şok effekti yaradıb.

Millətçi ideologiyanın erməni cəmiyyətinin beynini zəhərlədiyini Jirayr Liparityan da təsdiqləyir.

“Ermənistan siyasətinin bütün spektrinə baxın. Bir partiyanı çıxmaq şərti ilə hamısı guya vətənpərvərdir. Mən Respublika, “Çiçəklənən Ermənistan”, “Daşnaksütyun”, “İşıqlı Ermənistan” və s. partiyaların heç birində dünya birliyinin çağırışlarını dinləməyi təklif edən siyasətçi görmürəm. Beynəlxalq birliyin fikri isə bizim üçün önəmli olmalıdır – çünki uduzan kimi onların yanına qaçırıq və kömək istəyirik. Onlardan göstərə bilməyəcəkləri yardımları umuruq”.

 

Ermənistan cəmiyyətinin Qarabağ münaqişəsindən bezdiyini və məsələnin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması ilə barışdığını göstərən əsas faktorlardan biri isə ölkə müxalifətinin təşkil etdiyi aksiyaların uğursuzluğu ilə bağlıdır.

 

Belə ki, Qarabağla bağlı üçtərəfli razılaşmaya görə Nikol Paşinyan hakimiyyətini kəskin tənqid edən, revanşist açıqlamalar verən ölkə müxalifəti 17 partiyanın baş nazir postuna vahid namizədi Vazgen Manukyanın başçılığı altında fasiləsiz aksiyalar keçirir. Maraqlıdır ki, 80-ci illərin sonlarında “Miatsum” şüarı ilə Yerevanın mərkəzi meydanında keçirilən fasiləsiz mitinqlərdə yüzminlə insan iştirak edirdisə, yeni reallıqda mitinq iştirakçılarının sayı 10 mini keçmir.

Müxalifətin kifayət qədər elektorat toplaya bilməməsi, erməni cəmiyyətinin revanşizm və siyasətçilərin 30 ildə verdiyi boş vədlərdən bezməsi, Qarabağ münaqişəsinin hərtərəfli ziyanlarını görməsi və yeni müharibə qorxusu yerinə qonşu ölkələrlə konstuktiv dialoq qurmaq meylləri bunu sübut edir.

Ermənistanın 1988-ci il fevralın 13-də başalayan “Miatsum” xülyası 2020-ci il noyabrın 10-da puç oldu.

İndi Ermənistan cəmiyyəti Qarabağfan  birdəfəlik qaçışın yolunu axtarır. Öz övladlarının Azərbaycan ərazisi olan Qarabağda hərbi xidmətinə etiraz edən ermənilər Qarabağdakı terrorçu ermənilərlə əlaqələri birdəfəlik kəsmək üçün hər cür şərtlərə hazır olduqlarını açıq  bəyan edirlər.

/modern.az/