Əfqanıstanda terror. Dinc sakinlər həlak olub

243

Hurriyyet.org xəbər verir ki, Əfqanıstanda Daykundi
əyalətindəki Patu rayonunun İsparmi kəndində “Taliban”
yaraqlılarının hücumu nəticəsində 9 nəfər həlak olub,
onların arasında 8 nəfər dinc sakin var. 10 nəfər
yaralanıb, yaralıların çoxu mülki şəxslərdir.
Kəndə hərbi dəstək göndərildikdən sonra yaraqlılar geri
çəkiliblər.
Taliblər insidentlə bağlı açıqlama verməyiblər.