Əfqanıstanda taliblər hərbi bazaya hücum etdilər

42

Əfqanıstanın qərbində “Taliban” hərəkatının silahlıları hərbi bazaya hücum ediblər, nəticədə azı 18 əsgər həlak olub, daha 10  nəfər yaralanıb.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, taliblər mayın 3-nə keçən gecə xüsusi olaraq qazılmış tunel vasitəsilə Fərah əyalətinin Bala-Baluk qəzasında yerləşən hərbi bazaya soxulublar.

Əyalət qubernatorunun spzlərinə görə, silahlılar bazada partlayış törədiblər. Qubernator həlak olanların dəqiq sayını deməyib. Bazaya hücum edilən zaman orada ümumilikdə 30 hərbçi olub.

Xatırladaq ki, ABŞ və “Taliban” ötən il fevral ayının sonlarında Qətərdə sülh sazişi imzalayıblar. Sazişə əsasən Birləşmiş Ştatlar və onun müttəfiqləri 14 ay ərzində bütün qoşunları Əfqanıstandan çıxarmalıdırlar. Həmçinin “Taliban” hərəkatı və Əfqanıstan hökuməti arasında danışıqlar və atəşkəs rejimi başlanmalıdır.